Siyasət 16:42 09.07.2013

Abbas Abbasova yeni vəzifə verildi

Rusiya Azərbaycan Təşkilatları İttifaqının (“Milyarderlər İttifaqı”) rəhbəri, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiya Xalqları Assambleyasının bu gün keçirilən 6-cı qurultayında Assambleya Şurası sədrinin müavini seçilib.

Modern.az saytı bildirir ki, bu gün keçirilən qurultayda Rusiyanın 80 subyektini təmsil edən 150 nümayəndə iştirak edib. Svetlana Smirnova Assambleyanın yeni sədri olub.

Qurumun yaradıcısı və rəhbəri olmuş Dağıstanın hazırkı rəhbəri Ramazan Abdulatipov isə Assambleyanın fəxri sədri seçilib.

Çıxış edən Abdulatipov bildirib ki, milli siyasət ciddi məsələdir. “Bunun üçün cəmiyyətin nəzarəti lazımdır”-deyə çıxışında o, qeyd edib.
Rusiyanın regional inkişaf naziri İqor Slyunyaev isə Assambleyanın xalqlararası dostluq münasibətlərinin formalaşdırlmasında mühüm rol oynadığını bildirib.

Daha sonra prezident Vladimir Putinin qurultay iştirakçılarına təbriki oxunub.

"Assambleya bu 15 ildə böyük işlər görüb. Dövlət bizim çoxmillətli xalqımızın birliyinin saxlanması üçün böyük diqqət ayrırır”-deyə Putin vurğulayıb.

Qaynar.info