Rumıniya prezidenti Trayan Besesku 2014-cü ildə NATO-nun baş katibi postunu tuta bilər.
Buxarestin DeCe News nəşri belə bir variantın «Qərb dəftərxanalarında» müzakirə edildiyini yazıb. Qurumun hazırkı rəhbəri Anders Foq Rassumesin səlahiyyətləri 2014-cü ilin avqustunda bitir.
Onun yerinə kimin təyin ediləcəyi qərarı isə üç-dörd ay əvvəl veriləcək. Rumıniya nəşrinin yazdığına görə, Beseskunun namizədliyi ABŞ və nüfuzlu Avropa dövlətləri tərəfindən dəstəklənir.
NATO baş katibliyinə digər namizəd kimi nəşr Türkiyə prezidentini göstərir. Lakin İsrail və Qərbin ünvanına tənqidlər səsləndirməsi, ismamçı baxışları, həmçinin Türkiyənin Yunanıstanla münasibətlərinin gərgin olması bu posta seçilmə uğrunda mübarizədə onun ziyanına işləyə bilər. /azaqliq.info/
Qaynar.info
Şərhlər