Dünya 09:52 11.06.2013

Abdulla Güldən spirtli içkilərə qadağa qanunu


Türkiyə prezidenti Abdulla Gül iyunun 10-da ölkədə spirtli içkilərin satışını və reklamını tənzimləyəcək alkoqol haqqında qanunu təsdiq edib.

Türk mətbuatının verdiyi məlumata görə, qanun rəsmi dövlət nəşri olan "Resmi Gazete”də nəşr edildikdən sonra qüvvəyə minəcək.
 
Qanun qüvvəyə mindikdən sonra ölkə ərazisində spirtli içkilərin satışı 22.00-dan 06.00-dək qadağan ediləcək. Bundan başqa, xüsusi tədbirlər və sərgilər istisna olmaqla spirtli içkilərin reklamına tam qadağa tətbiq ediləcək.

APA