Abdullah Öcalanın ölüm xəbəri yayıldı (AÇIQLAMA)

Abdullah Öcalanın ölüm xəbəri yayıldı (AÇIQLAMA)

PKK lideri Abdullah Öcalanın öldüyü iddia olunub. "Qaynarinfo" xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.

Lakin Bursa Respublika Prokurorluğu xəbəri təkzib edib və iddiaların tamamilə əsassız olduğu bildirilib: "Bu kimi xəbərlərin heç bir əsası yoxdur".

Qeyd edək ki, Abdullah Öcalan PKK-nın qurucularından biri və ilk lideridir. 1999-cu ildə Nairobidə Keniya təhlükəsizlik qüvvədəri tərəfindən yaxalanıb və həmin ilin 15 fevralında Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verilib. 28 aprel 1999-cu ildə Türk Cəza Qanunun 125-ci maddəsinə əsasən vətənə xəyanət edamı tələb edilib. 29 iyun 1999-cu ildə "silahlı terror təşkilatı qurmaq və idarə etmək" ittihamı ilə edam cəzasına məhkum edilsə də, Avropa Birliyinin qanunlarına əsasən cəzası ağırlaşdırılmış ömürlük həbs cəzasına çevirilib. 1978-1999-cu illərdə PKK-ya liderlik edan "Apo" ləqəbli terrorçu İmralı adasındakı həbsxanada saxlanılır.

Aydın

Qaynarinfo.Az


XƏBƏRLƏR
BLOGLAR