Ölkə 16:11 15.11.2018

Abel Məhərrəmov vəzifəsindən azad edildi (YENİLƏNİB)

Artıq AZƏRTAC Abel Məhərrəmovun işdən azad olunması barədə prezident sərəncamını dərc edib.

Qaynarinfo xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin.

***15.45
 
Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Musavat.com yayıb. Bildirilir ki, prezident İlham Əliyev A. Məhərrəmovun işdən çıxarılması ilə bağlı sərəncam verib.