Video 22:52 10.05.2018

Abituriyentlər üçün vacib xəbər: imtahanda uğur qazanmaq üçün... (VİDEO)

Aparılmış araşadırmalara görə imtahan zamanı abituriyentlərin 96 faizi stress altında olur, bu da imtahanda iştirak edənlərin nəticələrinə mənfi təsir edir.

Qaynarinfo xezerxeber.az-a istinadən bildirir ki, xüsusi ilə də imtahana bir neçə gün qalmış abituriyentlər daha çox həyəcan yaşayır. Odur ki, abituriyentlərin diqqət etməli olduğu bəzi vacib məqamlar var. Ekspertlər imtahan ərəfəsində yaradılan mühitin abituriyent üçün bütün il boyu öyrəndiyi biliklər qədər vacib olduğunu deyirlər.

Abituriyentlərlə yanaşı valideynlərin də üzərinə imtahandan öncə, eləcə də imtahan günü bəzi öhdəliklər düşür. Sırf imtahan ərəfəsində valideynlər əvvəlki vaxtlardan çox övladlarına dəstək olmalıdır.

İmtahan öncəsi ən vacib məqamlardan biri də yuxu və qida rejiminə diqqət etməkdir. Mütəxəsislərin fikrincə, məhz bu iki faktor imtahan nəticələrinin yaxşı olmasında önəmli rol oynayır.

İmtahan zamanı isə sualların çətindən asana doğru cavablandırlması məsləhət görülür.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə ilk qəbul imtahanları may ayının 13-də II və III ixtisas qrupları üzrə keçiriləcək.