Ekonomiks 12:05 01.04.2013

Abramoviç imperiyası çökür

Cənubi Kiprdə baş verən maliyyə böhranı rus milyarder Roman Abramoviçə də öz ciddi təsirini göstərib. 

Qaynar.info-nun məlumatına görə, Kipr banklarında külli miqdarda varidatı olan Abramoviç hkumətin banklarda pulu olanlardan böyük faizlə vergi aalacağı qərarını verməsi milyarderə ciddi ziyan vurub. 

Artıq Abramoviçin ofşor şirkətləri Kiprdən çıxmağa başlayıblar. Rus şirkətlərinin Kiprdə qalıb-qalmaması ilə bağlı açıqlama verən rus ofşor şirkətlərinin idarə heyətinin rəhbəri Andreas Andreu rus sərmayələrinin Kiprdən çıxacağını bildirib. 

Bütün müştərilərin pullarını Sinqapur və başqa ölkələrə transfer etdiklərini deyən Andreu artıq bundan sonra rusların Kiprə inamının qalmadığını söyləyib. 

İspaniya mətbuatı yazır ki, bu işrkətlər arasında ən ciddi ziyan görən Roman Abramoviç olub. Onun itirdiyi pullar milyardlarla avro dəyərində hesablanır. 

Qaynar.info