Dünya 12:50 17.01.2019

ABŞ 19 avtomobil toqquşdu: 35 yaralı var

ABŞ-ın Cənubi Kaliforniya ərazisində 19 nəqliyyat vasitəsi toqquşub.

Qaynarinfo ABC News-a istinadən xəbər verir ki, San Bernardino qəsəbəsində qeydə alınan qəza 35 nəfərin yaralanmasına səbəb olub. Zərərçəkənlərin əskəriyyətinin zədəsi yüngüldür. 

Hadisəyə dumanlı hava şəraiti səbəb olub.

Gülşən