ABŞ-ın liderlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın Deyr Əz Zor şəhərində 40 Rusiya əsgərini qətlə yetirib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Pentagonun yayımladığı məlumatda Rusiya istehsalı tankların hədəf alındığı qeyd edilib. Rusiya mətbuatı isə ölənlərin "Wagner" adlanan muzdlu əsgərlər olduğunu deyir. Ölən muzdlu əsgərlərin sayı bəzi yerlərdə 5, bəzi mətbu orqanlarda isə 40 göstərilir. Hücum prezident Bəşər Əsəd tərəfdarlarına qarşı edilib. 

Dünyasını dəyişmiş əsgərlərdən bəzilərinin adları açıqlanıb: Vladimir Loqinov, Kiril Ananyev, İqor Kosoturov, Stanislav Matveyev, Aleksey Ladiqin.

Hadisə Əsəd tərəfdarı olan 500-ə yaxın əsgərin PKK-nın Suriya şöbəsinin əlində cəmləşmiş və daha əvvəl İŞİD-dən alınmış neft sahələrini ələ keçirməyə çalışan zaman hücuma məruz qaldığı vurğulanıb. Hücum zamanı ərazidə ABŞ əsgərləri də olub. 

Qeyd edək ki, Rusiya höküməti "Wagner" əsgərlərini qəbul etmir və qanunla qadağan edib. Bu əsgərlərin ölümü rəsmi şəkildə açıqlanmır və həyatını itirənlərin sayının daha çox olması ehtimal edilir. 

"Wagner" əsgərləri aylıq 4 min dollar maaş alır. Onlar həlak olan zaman isə ailələrinə rütbədən asılı olaraq 22-52 min dollar təzminat ödənilir.

Gülşən