Dünya 23:48 28.08.2013

ABŞ BMT-dən əlini üzüb


ABŞ BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı məsləhətləşmələri davam etdirəcək. Amma Rusiyanın dəyişməz mövqeyi üzündən irəliləyişin olacağına inanmır. Bunu Dövlət Departamentinin nümayəndəsi Mari Harf bəyan edib: "Hesab etmirik ki, Təhlükəsizlik Şurasının səyləri artıq baş verənlərdən yaxşı nəsə gətirsin".

Mari Harf xatırladıb ki, Rusiya nümayəndələri Suriya ilə bağlı qətnamənin qəbuluna imkan verməyiblər.

Dövlət Departamentinin nümayəndəsi Birləşmiş Ştatların Suriyada əməliyyatlar üçün BMT Thəlükəsizlik Şurasının razılığının vacib olub-olmaması ilə bağlı suala cavab verməkdən yayınıb.


Qaynar.info