Dünya 16:07 29.12.2017

ABŞ bu "qanuni oğru"lara qadağa qoydu (SİYAHI)

ABŞ-ın Maliyyə Nazirliyi keçmiş SSRİ-dən olan bir qrup "qanuni oğru”ya qarşı sanksiya tətbiq edib. 

Qaynarinfo lent.az-a istindən xəbər verir ki, siyahıya Yuri Piçuqin (Piçuqa), Ruben Tatulyan (Robson), Alimjan Toxtaxunov (Tayvançik), Vladimir Tyurin (Tyurik), Zaxari Kalaşov (Şakro Molodoy), Vasili Xristoforov (Voskres), Kamçibek Kolbayev (Kolya-Kirqiz), Laşa Şuşanaşvili (Laşa Rustavski), Vladislav Leontyev (Vadik Belıy), Qafur Raximov (Qafur Çyornı) daxildir.
 
Onlar mütəşəkkil cinayətkar dəstə yaratmaqda və çirkli pulları yumaqda ittiham olunurlar.