ABŞ çoxlu hərbi texnikanı İraqa yola saldı

ABŞ çoxlu hərbi texnikanı İraqa yola saldı

ABŞ İraqın Əl Ənbar şəhərində yerləşən Ayn Əl Əsəd hərbi bazasına böyük miqdarda hərbi texnika göndərib.

Qaynarinfo xəbər verir ki, ABŞ qüvvələrinə aid texnika ilə yüklənmiş 108 nəqliyyat vasitəsi İordaniyadan İraqa yola düşüb. 

Addımın səbəbi barədə açıqlama verilməyib.

Qeyd edək ki, İraq parlamentində ABŞ-ın ölkədəki hərbi varlığına son verilməsi tez-tez gündəmə gətirilən mövzulardandır.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR