Dünya 16:55 22.04.2018

ABŞ-da çılpaq adam dəhşət saçdı: 3 ölü, 4 yaralı

ABŞ-ın Tennessi ştatında çılpaq bir adam səhər saatlarında şirniyyat dükanlarından birinə silahlı hücum edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində dükanda olan 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu deyilir.

Hadisə şahidlərinin sözlərinə görə, AR-15 tipli silahdan atəş açan çılpaq şəxsin üzərində sadəcə yaşıl bir jaket olub.

Hadisə yerindən qaçan şəxsin hələ də polis tərəfindən axtarıldığı bildirilir.