Dünya 10:38 17.02.2019

ABŞ-da girov hadisəsi: 4 nəfər öldürüldü

ABŞ-ın Missisipi ştatının Klinton şəhərində bir evdə 12 nəfər girov götürülüb.

Qaynarinfo xəbər verir ki, 12 saat davam edən girov hadisəsi zamanı 4 nəfər öldürülüb. Zərərçəkən və girov götürülənlərin eyni ailədən olduğu bildirilir. Qarşıdurmadan sonra cinayətkar polis tərəfindən sağ ələ keçirilib. 

Qeyd edək ki, hadisənin detalları barədə məlumat verilmir.

Gülşən