Dünya 19:31 09.10.2018

ABŞ-da gözlənilməz istefa

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli istefa verib.

Qaynarinfo xəbər verir ki, onun istefası artıq prezident Donald Tramp tərəfindən qəbul edilib. Ağ Evin sözcüsü Sarah Sanders bildirib ki, Nikki Neyli bu gün yerli saatla 10.30-da Trampla görüşəcək.
 
Nikki Heyli istefanın səbəbini açıqlamayıb. O, 2020-ci ildəki prezident seçkilərində namizəd olacağı deyilən xanım diplomat bu iddiaları təkzib edib. 

Prezident Tramp isə "Twitter"dən qısa açıqlama verib və bildirib ki, Heyli ilin sonunda BMT-dəki vəzifəsindən ayrılacaq: "Saaat 10.30-da dostum Nikki Heyli ilə önəmli açıqlama verəcəyik. O, ilin sonunda BMT-dəki vəzifəsindən ayrılacaq və bir müddət dinləndikdən sonra yanımda başqa bir vəzifəni tutacaq".