Dünya 18:50 16.04.2018

ABŞ-da həbsxanada qarşıdurma: 7 ölü, 17 yaralı

ABŞ-da Cənubi Karolinada yerləşən həbsxanalardan birində məhkumlar arasında kütləvi dava olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 7 məhkum ölüb, 17 nəfər isə yaralanıb. Həbsxanaya çox sayda təcili tibbi yardım maşını cəlb edilib.

Hadisədə mühafizəçi və polislər zərər çəkməyib.

Gülşən