Video 22:49 21.06.2019

ABŞ-da neft zavodunda güclü partlayış (VİDEO)

ABŞ-ın Filadelfiya şəhərində güclü partlayış baş verib.

Qaynarinfo "İnterfaks”a istinadən xəbər verir ki, hadisə "Philadelphia Energy Solutions” neft emalı zavodunda qeydə alınıb.

Partlayışdan sonra güclü yanğın başlayıb. Alov və qatı tüstü bir neçə kilometr məsafədən görünür. Hadisə yerinə çox sayda yanğınsöndürən göndərilib. Hələlik alovun qarşısını almaq mümkün olmayıb.

Ölən və yaralananlarla bağlı məlumat yoxdur.