Dünya 11:16 16.04.2013

ABŞ-da növbəti partlayış

ABŞ-ın Boston şəhərində keçirilən Beynəlxalq Marafon yarışında baş verən terror aksiyasından sonra üçüncü parlayış da həyata keçirilib. 

Qaynar.info-nun məlumatına görə, Boston polisi JFK Kitabxanasında partlayışın baş verdiyini söyləyib. 

Bostonda yerləşən Harvard Universitetinin tələbələri "Twitter"də təxliyyə olunduqlarını yazıblar.

Boston hava limanı bütün uçuşları təxirə salıb. ABŞ Hərbi Hava Qüvvələri bölgəni tam nəzarətə götürüb. 

Təhlükəsizlik xidmətinin əməkdaşlarının biri CNN-ə verdiyi açıqlamasında partlamamış bombaların da zərərsizləşdirildiyini deyib. 

Qaynar.info