Dünya 13:32 18.06.2018

ABŞ-dan Bəşər Əsəd qüvvələrinə zərbə: 48 ölü

London mərkəzli Suriya İnsan Haqqları Müşahidə Mərkəzi ABŞ-ın Suriyada Bəşər Əsəd qüvvələrinə hücum təşkil etdiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiya qüvvələri İraq sərhədinə yaxın hərbi bazanı bombalayıb. Əbu Kamal ərazisində təşkil edilən hücumlarda azı 48 nəfər öldürülüb. 

Lakin koalisiya sözçüsü Şon Rayan isə belə bir hücumun təşkil edilmədiyini bildirib.

Gülşən