Texnologiya 11:25 21.05.2019

ABŞ-dan "Huawei"yə 90 günlük güzəşt

ABŞ Ticarət Nazirliyi Çinin texnologiya nəhəngi "Huawei" barədə qəbul etdiyi iqtisadi məhdudiyyəti 90 gün müddətinə təxirə salıb.

Qaynarinfo xəbər verir ki, ABŞ ötən həftə "Huawei"yə qarşı ciddi sanksiya tətbiq etmiş, şirkətə ABŞ dövlətinin icazəsi olmadan texnologiya hissələri satmaq qadağan edilmiş, həmçinin milli təhlükəsizliyə zərər verəcək xarici şirkətlərin istehsal etdiyi telekommunikasiya məhsullarının istifadəsi qadağan edilmişdi.

Bu gün verilən açıqlamada qadağaların bir hissəsinin təxirə salındığı vurğulanıb.

Gülşən