Dünya 20:30 24.09.2013

ABŞ-dan İrana şok dəstək


Barak Obama: "ABŞ İranda rejimin dəyişdirilməsinə çalışmır"


"ABŞ İranda rejimin dəyişməsinə çalışmır". ANS PRESS-in verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən sessiyasında çıxışı zamanı deyib.

Obama İranın nüvə proqramından da danışıb. "Biz İran xalqının dinc nüvə enerjisi əldə etmək hüququnu dəstəkləyirik", - deyə qeyd edib.
Ağ ev rəhbəri bununla yanaşı ABŞ-ın İranın nüvə silahının yayılmaması öhdəliklərinə də əməl etməsinə təkid etdiyini deyib.

ABŞ prezidenti İranla olan ziddiyyətlərin diplomatik yolla həllində sadiq olduqlarını vurğulayıb. "Mən inanmıram ki, bu çətin vəziyyəti bir günə dəyişmək olar. Şübhələr çox dərindir. Ancaq mən inanıram ki, əgər İranın nüvə proqramı barədə məsələni həll edə bilsək, bu qarşılıqlı maraqlar və hörmətə əsaslanan münasibətlərdə yolunda böyük addım ola bilər".


Qaynar.info