ABŞ prezidenti Donald Tramp İranla imzalanmış nüvə razılaşmasını uzatmaq barədə qərar qəbul edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 2015-ci ildə İran və ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya, Almaniya arasında imzalanmış müqavilə İranın nüvə fəaliyyətinə ciddi məhdudiyyəti və bu ölkəyə qarşı qəbul edilmiş sanksiyaların ləğvini nəzərdə tutur. Sabiq ABŞ prezidenti Barak Obama dövründə imzalanmış razılaşma Tramp tərəfindən "dəhşətli saziş" adlandırılır, ləğvi və ya şərtlərinin dəyişdirilməsi fikri səsləndirilirdi. 

Telekonfransla ABŞ rəsmisi tərəfindən açıqlanan qərar müqavilənin sonuncu dəfə uzadılmasını nəzərdə tutur. 

Qeyd edək ki, ABŞ Xəzinə Nazirliyi nüvə qərarından sonra İranın nüvə və hərbi fəaliyyətinə dəstək verən 14 şəxs və ya quruma qarşı sanksiyası tətbiq edəcəyini açıqlayıb.

Gülşən