Dünya 10:10 09.08.2018

ABŞ-dan Rusiyaya növbəti sanksiyalar

ABŞ sabiq rus agenti Sergey Skripal və qızı Yuliya Skripalın İngiltərədə zəhərlənməsi hadisəsinə görə Rusiyaya sanksiya tətbiq edəcək.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti bu barədə açıqlama ilə çıxış edib. Böyük Britaniya bu addımı məmnuniyyətlə qarşılayıb. 22 avqustda qüvvəyə minəcək qərar Rusiyadan idxal edilən elektronika məhsullarına qadağanı nəzərdə tutur.

Qeyd edək ki, mart ayında baş vermiş hadisədə Sergey və Yuliya Skripal "Noviçok" maddəsi ilə zəhərlənmiş, hadisədə Rusiya ittiham edilmiş və böyük diplomatik böhran yaranmışdı.

Gülşən