Dünya 15:26 20.09.2018

ABŞ-dan terror təşkilatına silah yardımı

ABŞ PKK-nın Suriya qolu olan YPG tərəfindən yaradılan Suriya Demokratik Qüvvələrinə 250 yük maşını silah yardımı edib.

Qaynarinfo xəbər verir ki, SDQ sözçüsü Kino Qabriel ABŞ və koalisiya qüvvələrinin İŞİD terror təşkilatı ilə mübarizə məqsədilə hərbi yardım göndərdiyini açıqlayıb. 

Qeyd edək ki, İŞİD-in əlində qalan sonuncu əhəmiyyətli ərazi olan Hacin yaşayış məntəqəsində silahlı qarşıdurmaların sayı artıb.

Gülşən