Dünya 11:17 05.11.2017

ABŞ vətəndaşlarını bu ölkəni tərk etməyə çağırdı

ABŞ Moqadişu Beynəlxalq Hava limanında amerikalılara yönəlmiş təhlükənin artması səbəbiylə amerikan vətəndaşlarının Somalini tərk etmələri ilə bağlı çağırış edib.

  

"Qaynarinfo” xəbər verir ki, Somalidəki ABŞ siyasi bürosu öz rəsmi Twitter hesabında ölkədəki təhlükəsizlik tədbirlərinin qeyri-sabit olduğunu bildirib.

 

ABŞ-ın Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında da Somalidə qalmağa qərar verən bütün vətəndaşların təhlükəsizlik tədbirlərini nəzərdən keçirmələrini və şəxsi təhlükəsizliklərini təmin etmək üçün hər növ vasitələrdən istifadə etmələri məsləhət görülüb.

  

Bununla yanaşı, xəbərdə ABŞ-ın Somalidə səfirliyinin olmadığını və müraciət üçün Nayrobidəki səfirliklə əlaqə saxlamaları söylənib.

  

Nərmin Həsənli

Qaynarinfo.Az