Siyasət 16:43 16.04.2013

ABŞ Dövlət Departamenti hakimiyyətə səsləndi

"Vətəndaşların həbs qorxusu olmadan toplaşmaq, ifadə azadlığı hüquqlarının təmin edilməsinə çağırırıq"

ABŞ Dövlət Departamenti Azərbaycandakı səfir Riçard Morninqstarın Azad Fikir Universiteti ilə bağlı çıxışını dəstəkləyib. “Turan”ın məlumatına görə, Dövlət Departamentinin mətbuat katibi Patrik Ventrell deyib: “Biz Azərbaycan hökumətini öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə və vətəndaşların həbs qorxusu olmadan toplaşmaq, ifadə azadlığı hüquqlarının təmin edilməsinə çağırırıq. Bu narahatlıq səfirlik tərəfindən aydın ifadə olunub və mən onu təkrar etmək istəyirəm.

Səfir Morninqstar bizim universiteti və ümumilikdə vətəndaş cəmiyyətini dəstəklədiyimizi çox aydın şəkildə bəyan edib. Onun dediyi kimi, dinc etirazlara hörmətlə yanaşılması, müstəqil və şəffaf məhkəmələr, hakimiyyətin öz vətəndaşlarına, xüsusilə gənclərə münasibəti, onların qanuni problemlərinin həlli fundamental sabitliyin təminatı üzrə demokratik hökumətlərin fəaliyyətinin ən yaxşı və ən effektiv variantıdır”. 

Qaynar.info