Ölkə 13:50 22.07.2013

ABŞ Ermənistana yardımı azaldacaq

Amerika Nümayəndələr Palatasının xarici ölkələrə Yardım Komitəsi Obama administrasiyasına 2014-cü ildə xarici yardımların miqdarını ötən ilə nisbətən 20 faiz azaltmağı təklif edib.
ANS PRESS-in panarmenian.net saytına istinadən verdiyi məlumata görə, Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimə, həmçinin digər ölkələrə yardımın azalması haqqında konkret məlumatları hələ açıqlanmayıb.

Amrikanın erməni icması Ermənistan və Dağlıq Qarabağa yardımın ayrılması və siyasi məsələlərlə bağlı Senat və Palata ilə danışıqları davam etdirir.

Qaynar.info