Dünya 17:48 23.06.2018

ABŞ hərbi bazalarda miqrantlar üçün çadır düşərgələri quracaq

ABŞ donanması ölkədəki hərbi bazalarda miqrant düşərgələri inşa edəcək.

Qaynarinfo xəbər verir ki, "Time" qəzetinin əldə etdiyi məlumata görə, Kaliforniya, Alabama və Arizonada yerləşən və istifadəsiz qalan hərbi hava bazalarda çadır düşərgələri yaradılacaq. Alabamada 25 min, Kaliforniyada isə 47 min nəfər yerləşdirmək mümkün olacaq. İlk 6 ay ərzində 25 min nəfər üçün yaşayış yeri yaradılacaq və bunun üçün 233 milyon dollar xərclənəcək. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən günlərdə qeyri-qanuni miqrant valideynlərin uşaqlarından ayrılmaması barədə qərarnamə imzalamışdı. Tramp qeyri-qanuni miqrant probleminin həlli üçün Konqresə müraciət ünvanlamışdı. 

Gülşən