Siyasət 17:16 25.06.2013

ABŞ-ın Azərbaycandakı səfiri çağırış etdi

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar gənclərin məhkəmə işləri və siyasi fəallar barədə bəyanatla çıxış edib.

Bəyanatda qeyd olunub ki, dünən N!DA təşkilatının iki üzvü, Zaur Qurbanlı və Rəşad Axundov barəsində qəbul edilmiş həbs-qəti imkan tədbirinin müddəti uzadılıb: “ Biz adıçəkilən şəxslərin və yazda keçirilmiş nümayişlər nəticəsində həbs edilmiş digər şəxslərin məhkəmə işlərini narahatlıqla izləməkdə davam edirik”.

ABŞ səfiri hökuməti saxlanılan şəxslərin məhkəmə işləri üzrə müvafiq prosesi və qanun aliliyini, o cümlədən ədalətli və şəffaf məhkəmə proseslərini təmin etməyə çağırıb: “Biz bu məhkəmə işlərini yaxından izləməkdə və həmin məhkəmə işlərinə dair hökumətlə müzakirələr aparmaqda davam etdirəcəyik”.