Siyasət 17:24 03.07.2013

ABŞ-ın nüfuzlu konqresmenləri Azərbaycana gəldi

ABŞ konqresmenlərindən və senatorlarından ibarət heyət Azərbaycana səfərə gəlib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə senatorlar Rocer Uiker və Maykl Krappo, konqresmenlər Kristofer Smit, Robert Aderfolt, Dok Xastinqs daxildir. Tanışlıq xarakteri daşıyan səfər çərçivəsində heyət üzvləri rəsmi şəxslər və vətəndaş cəmiyyətini nümayəndələri ilə görüşəcəklər. Səfər sabah başa çatacaq. Qeyd edək ki, heyətə senator Rocer Uiker rəhbərlik edir.

Qaynar.info