Dünya 10:31 30.01.2013

ABŞ-ın yeni Dövlət katibi seçildi

O, Hillari Klintonu əvəz edəcək

Prezident Barak Obama tərəfindən dövlət katibliyinə namizəd göstərilən Massaçusets qubernatoru Con Kerri Dövlət katibi kimi təsdiq edilib.

 “Guardian”ın verdiyi xəbərə görə, Senatda keçirilən səsvermədə 94/3 səs çoxluğu ilə Kerri Obamanın yeni Dövlət katibi seçilib.

3 Respublikaçı senator isə səsvermədə iştirak etməyib.

2004-cü ilki seçkilərdə Corc Buşa məğlub olan Kerrinin bu həftəbaş katib kimi  andiçməsi gözlənilir.