Dünya 15:40 15.04.2018

ABŞ, İngiltərə və Fransadan BMT-yə Suriya təklifi

ABŞ, İngiltərə və Fransa BMT Təhlükəsizlik Şurasına yeni qanun layihəsi təqdim edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, layihə Suriyada istifadəsi iddia edilən kimyəvi silahla bağlı tədqiqat prosesini nəzərdə tutur və ərazidə atəşkəsin təmini, humanitar yardımın çatdırılması tələb edilir.

Qeyd edək ki, 3 ölkə Suriya höküməti və Rusiyanın Duma şəhərində kimyəvi silahdan istifadə etdiyini iddia edir. Bu məqsədlə ötən gün Bəşər Əsədə aid silah anbarı və hərbi zavoda raket zərbələri endirilib.

Gülşən