Dünya 13:51 17.04.2013

ABŞ İrana başsağlığı verib

ABŞ Dövlət Departamenti İranın Sistan və Bəlucistan vilayətində baş verən zəlzələ nəticəsində zərərçəkənlərə başsağlığı verib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Dövlət Departamentinin sözçüsü açıqlama verib.

O bildirib ki, ABŞ zərərçəkənlərin acısını paylaşır: “İran-Pakistan sərhədləri yaxınlığında zəlzələ baş verməsi ilə bağlı xəbərlər aldıq. Ölkəmiz bölgəyə yardım göndərməyə hazırdır”.

Qaynar.info