Dünya 23:48 10.05.2018

ABŞ İrana qarşı sanksiyaları genişləndirib: 3 qurum və 6 şəxsin adı qara siyahıya salındı

ABŞ İrana qarşı sanksiyaları genişləndirib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İran İslam İnqilabı Mühafizəkarları Korpusu ilə əlaqəsi olan 6 şəxs və 3 qurumu qara siyahıya salınıb.

Məlumata görə, qara siyahıda Məqdad Amini, Məhəmməd Həsən Hodai, Səid Nəcəfpur, Məsud Nikbəxt, Fuad Salehi ve Məhəmmdrıza Hədmati Valadzaqardın adı var.