Ekonomiks 22:38 13.01.2018

ABŞ kriptovalyutaya qarşı sərt addımlar atacaq

Kriptovalyutanın bazarda sürətli yüksəlişi və hər ötən gün ona olan tələbin artması artıq dövlətlərin xüsusi təhlükəsizlik tədbirləri görməsinə ehtiyac yaradır. Artıq ABŞ-ın maliyyə naziri Stiven Mnuçin kriptovalyutanın "İsveçrənin bank hesablarına" çevrilməməsi üçün əlindən gələni edəcəyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, nazir kriptovalyutanın yarada biləcəyi ən böyük riskin terror təşkilatları və cinayətkar şəbəkələrin ondan istifadəsi və bu yolla imkanlarını genişləndirilməsi olduğunu bildirərək ölkəsinin digər G20 üzvləri ilə Bitcoin kimi pul növlərinin "İsveçrə bank hesablarına" çevrilməməsi üçün çalışacaqlarını bildirib.

Mnuçin G20-nin kriptovalyutaya yönəlmiş yoxlamaları ələ almağa hazırlaşdığına işarə edərək "G20 ilə çox yaxın münasibətlər qauracağımız sahələrdən biri sözügedən alyutanıən İsveçrənin hesablarına çevrilməməsi olacaq" deyib. 

Nərmin Həsənli