ABŞ milyarderləri:

ABŞ milyarderləri: "Daha çox vergi vermək istəyirik"

Amerikalı milyarderlər daha çox vergi vermək istəyir.

Qaynarinfo xəbər verir ki, Corc Soros, Molli Monqer, Kris Hyusun da daxil olduğu 18 ABŞ milyarderi 2020-ci il prezident seçkilərində iştirak edəcək namizədlərə müraciət məktubu ünvanlayıb. Həmin müraciətdə milyarderlər daha çox vergi verərək ölkə büdcəsinə daha çox mənfəət gətirmək istədiklərini bildirib. ABŞ varlıları Demokratlar Partiyasından namizədliyini açıqlayan Elizabet Vorrenin təklifini dəstəkləyib. Vorren 50 milyon dollardan çox sərvəti olanlara illik 2% vergi tətbiq edilməsini irəli sürüb. Bu qayda qüvvəyə minsə, ABŞ büdcəsi 10 il ərzində 2,75 trilyon dollar qazanacaq. 

Milyarderlərin məktubunda Vorren Baffet katibəsindən daha az vergi ödədiyini bildirərək bu vəziyyəti tənqid edib.

Gülşən

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR