Dünya 09:46 18.09.2018

ABŞ miqrant qəbulunu minimuma endirir

2018-ci ildə 45 min miqrantı ölkəyə qəbul etməyi planlaşdıran ABŞ növbəti il bu rəqəmdə ciddi dəyişiklik edəcək.

Qaynarinfo xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo 2019-cu ildə bu rəqəmin 15 min azaldılaraq 30 minə bərabər olacağını açıqlayıb. Bununla ABŞ 1980-ci ildən bəri ilk dəfə belə aşağı sayda miqrantı qəbul edəcək.

Qeyd edək ki, 2015-ci ildə Barak Obama dövründə hədəf 85 min olmuş, lakin 63 min nəfər ölkəyə qəbul edilmişdi.

Gülşən