Dünya 17:48 11.02.2019

ABŞ ordusu növbəti həftələrdə Suriyanı tərk edəcək

ABŞ generalı Cozef Votel ordunun bir neçə həftə ərzində Suriyanı tərk edəcəyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, 2 mindən çox ABŞ hərbçisinin növbəti həftələrdə Suriyadan çıxacağı bildirilir. Hazırda isə hərbi təchizatın bu ölkədən çıxarılması üçün işlər aparılır. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabr ayında ordunun Suriyada işinin yekunlaşdığını açıqlamışdı.

Gülşən