Ekonomiks 12:02 13.08.2018

ABŞ rəsmisi: TAP-ın İtaliyaya lazımsız olması şərhləri Rusiya təbliğatının işidir

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Devin Nunyes Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin tikilməsini dəstəklədiyini bildirib.

Bu barədə Finans.az "Washington Examiner"ə istinadən xəbər verir. 

"ABŞ Qərbi Avropanı daha çox LNG ilə təchiz edə bilsə və TAP vasitəsilə İtaliyaya daha çox qaz verilə bilsə, Avropanın qaz tədarükü üzrə iki mənbəmiz olacaq", - o deyib.

D.Nunyesin fikrincə, Şərqi Avropanın Rusiya qazından asılılığının azaldılması dünya arenasında və kiberməkanda iki supergüc arasında yaşanan geniş münaqişədə Moskvanı üstələmək üçün yeganə yoldur.

İtaliyanın Ekologiya Nazirliyinin TAP layihəsinin ölkə üçün lazımsız olmasıyla bağlı münasibətindən danışan D.Nunyes bunda Rusiyanın təbliğatının işini gördüyünü vurğulayıb.