Dünya 18:11 01.02.2019

ABŞ Rusiya ilə imzalanmış nüvə sazişindən imtina etdi

ABŞ Rusiya ilə imzalanmış Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən imtina etdi.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo açıqlama verib. Qərara səbəb kimi Rusiyanın müqavilənin şərtlərini pozması göstərilir.

Qeyd edək ki, müqavilə 1987-ci ildə imzalanmış, tərəflər mənzili 500-1500 km olan raketlərdən imtina barədə razılaşma əldə etmişdi. 

Gülşən