Texnologiya 23:57 17.06.2019

ABŞ sanksiyaları “Huawei”ə nə qədər ziyan vurub?

"Huawei” şirkətinin gəlirləri qarşıdakı iki il ərzində 30 milyard dollar azalacaq. Buna səbəb Birləşmiş Ştatlar hökumətinin Çinin adıçəkilən telekommunikasiya nəhəngini qara siyahıya salmasıdır.

"TASS”ın verdiyi məlumata görə, bunu şirkətin təsisçisi Jen Çjenfey Çin mərkəzi telekanalının efirində bildirib.

"Güman edirəm ki, yaxın iki il ərzində istehsal səviyyəsini azaldacağıq və gəlirlərimiz proqnozlaşdırdığımızdan 30 milyard dollar az olacaq”, - o vurğulayıb.

Xatırladaq ki, "Huawei” öz cihazları vasitəsilə məxfi məlumatların toplanmasında ittiham ediləndən sonra beynəlxalq iqtisadi sanksiyalarla üzləşib. (trend)