Siyasət 19:06 20.02.2013

ABŞ səfiri son həbslərdən danışdı

Morninqstar İlham Əliyevin məmurlara xəbərdarlıq çıxışına da münasibət bildirdi

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar son zamanlar aparılan siyasi xarakterli həbslərdən danışıb. “Azadliq”ın xəbərinə görə, Amerika səfiri Helsinki Vətəndaş Assambleyasının təşkilatçılığı ilə “Cənubi Qafqazda insan hüquqları, demokratiya və münaqişələr” adlı tədbirdə çıxış edərək, bildirib ki, İlqar Məmmədov və Tofiq Yaqublunun həbsindən narahat olublar. 

Səfir Azərbaycan hakimiyyətini hər iki şəxsin hıəbsi ilə bağlı şəffaf istintaq araşdırmasına və ədalətli məhkəmə qurmasına çağırıb.

ABŞ səfiri İlham Əliyevin son bəyanatına da toxunub. O bildirib ki, İ.Əliyevin bəyanatından məmnun olub: “Bu çıxışın ardından müəyyən addımlar atıldı. Biz korrupsiya ilə mübarizənin davamını gözləyirik”.

Qaynar.info