Dünya 14:14 15.05.2013

ABŞ səfiri XİN-ə çağrıldı

Səfir Maykl MakFoul ABŞ-ın lehinə casusluq edən səfirlik əməkdaşının saxlanması ilə bağlı çağrılıb

Moskvada Amerika Birləşmiş Ştatları səfirliyinə casusluqda şübhəli bilinən bir nəfərin saxlanması ilə əlaqədar Rusiyadakı ABŞ səfiri Xarici İşlər Nazirliyinə çağrılıb. Səfir Maykl MakFoul nazirlikdə yarım saat olduqdan sonra jurnalistlərə heç bir açıqlama vermədən nazirlik binasını tərk edib.

Xatırladaq ki, ötən gün Rusiyanın Federal Təhlükəsizlik Xidməti ABŞ-ın Rusiyadakı səfirliyinin üçüncü katibi Rayan Foqlu casusluqda şübhəli şəxs qismində saxladığını açıqlayıb. Həmin şəxs üzərində xüsusi texniki qurğu, yazılı təlimatlar və külli miqdarda pulla birlikdə saxlanıb və daha sonra ABŞ səfirliyinə təhvil verilib.

Rayan Foql son 10 ildə Rusiyada ABŞ lehinə casusluqda açıq-aşkar ittiham edilən ilk amerikalı diplomat olub./anspress/