Ölkə 10:21 17.10.2013

ABŞ səfirliyindən Müdafiə Nazirliyinə daha bir - CAVAB


ABŞ səfirliyi Müdafiə Nazirliyinin gizli səs yazısına münasibət bildirib

ABŞ səfirliyinin mətbuat xidmətindən “Meydan.tv”nin sorğusuna cavab olaraq bildirilib ki, “Bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə əlaqədəyik. Bu özəl-diplomatik danışığın məzmununu müzakirə etmək fikrində deyilik”.

Qeyd edək ki, Səfər Əbiyevlə ABŞ səfirinin görüşü zamanı müzakirə olunan məsələlər haqda müdafiə Nazirliyinin yaydığı açıqlamanı səfirlik qeyri-dəqiq adlandırmışdı.

Müdafiə Nazirliyi isə ABŞ səfirinin Azərbaycandakı seçkilərlə bağlı danışığının audio yazısını qeyd etdiklərini açıqlayıb.


Qaynar.info