Dünya 12:08 17.09.2019

ABŞ-Şimali Koreya danışıqları yenidən başlaya bilər

Şimali Koreya və ABŞ rəhbərləri arasında görüş yaxın həftələrdə baş tuta bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Şimali Koreya rəsmiləri məlumat yayıb. XİN açıqlamasında xarici təhlükə aradan qalxmayana qədər nüvə silahından tamamilə imtina etməyəcəklərini də bəyan edib. 

Qeyd edək ki, ABŞ və Şimali Koreya arasında danışıqlar fevral ayında dayandırılıb. Vyetnamın paytaxtı Hanoyda baş tutan son görüşdə razılıq əldə edilməmişdi. 

Gülşən