Dünya 10:08 27.07.2013

ABŞ Soçi Olimpiadasına qarşı çıxdı

Soçi Olimpiadasını boykot etmək çağırışları ABŞ dövlət departamentinin maraqlarına uyğun gəlmir. Bu barədə departamentin nümayəndəsi Cen Psaki bəyan edib.

«Bu, bizim çağırışlarımızla üst-üstə düşmür», deyə Psaki bildirib.

ABŞ Konqresinin Respublikaçılar partiyasından olan nümayəndəsi Lindsi Qrem Birləşmiş Ştatları gələn ilin fevralında Rusiyanın Soçi şəhərində keçiriləcək Olimpiadanı MKİ-nin keçmiş əməkdaşı Edvard Snoudenlə bağlı vəziyyətə görə boykot etməyə çağırıb.

ABŞ-ın kəşfiyyat sirlərini yaymaqda təqsirləndirdiyi Edvard Snouden hazırda Moskvanın «Şeremetyevo» hava limanındadır və Rusiyadan sığınacaq istəyib.

Qaynar.info