Dünya 23:31 04.05.2018

ABŞ təyyarələri Suriyanı bombalayır

ABŞ Hərbi-Dəniz Qüvvələrinin başda "Harry Truman” aviadaşıyıcısı olmaqla zərbə qrupu Suriya ərazisində İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatına başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı bəyanatda deyilir.

"Harri Trumen" aviadaşıyıcı zərbə qrupu mayın 3-də "Sarsılmaz qətiyyət" əməliyyatlarına dəstək göstərmək məqsədi ilə hava əməliyyatları həyata keçirməyə başlayıb", deyə bildirilir. 

HDQ-dən qeyd olunub ki, bombardımançı qırıcılar eskadrilyası artıq Suriya üzərində bir neçə uçuş edib.
 
Zərbəçi qruplaşmaya "Harri Truman” aviadaşıyıcısı,  "Normandiya” kreyseri, raket idarəetmə sistemi olan esmineslər və müşayiətçi gəmilər daxildir.

"Harri Trumen”in göyərtəsində 90 hərbi təyyarə və helikoterin olduğu bildirilir. Qruplaşmanın ümumi şəxsi heyəti 6500 nəfərə yaxındır.

Bundan əvvəl Pentaqon Suriyada sonuncu İŞİD istinadgahlarının məhv edilməsi ilə bağlı əməliyyatın başlandığını elan etmişdi.

Qeyd edək ki, ABŞ və müttəfiqləri 2014-cü ildən Suriyada İŞİD-ə qarşı "Sarsılmaz qətiyyət” əməliyyatı aparır.