Siyasət 23:10 01.08.2018

ABŞ türkiyəli nazirlərə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiyalar tətbiq edib.

"Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.

Onun sözlərinə görə, sanksiyalar Türkiyədə həbsxanada olan rahib Endryü Bransonla bağlıdır.

S. Sanders qeyd edib ki, nazirlərin ABŞ-ın yurisdiksiyasına olan bütün hesabları və aktivləri dondurulub.

Xatırladaq ki, rahib Endryü Branson FETÖ cinayətindən tutulub. 35 il həbsi istənilən rahib haqqında "ev dustaqlığı” qərarı verilib.