Dünya 08:56 17.10.2019

ABŞ Türkiyəni yeni sanksiyalarla hədələdi

Rəsmi Ankara Suriyanın şimalındakı "Barış Pınarı" əməliyyatını dayandırmasa, ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək.

 

Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib.

 

ABŞ prezidenti Donald Tramp daha əvvəl bildirib ki, vitse-prezident Mayk Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutacaq danışıqlar uğurla yekunlaşmasa, Türkiyə iqtisadiyyatını "dağıdıcı" nəticələr gözləyir.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Barış Pınarı" anti-terror əməliyyatına başlayıb.