ABŞ Türkiyənin F-35 təyyarələrini alır

ABŞ Türkiyənin F-35 təyyarələrini alır

ABŞ-ın müdafiə büdcəsində Türkiyənin F-35A tipli döyüş təyyarələrinin alınması nəzərdə tutulub.

Qaynarinfo xarici mətbuata istinadən bildirir ki, büdcə Senat və Nümayəndələr Palatasında dəyişlik edilmədən qəbul olunduqdan sonra ABŞ prezidenti Donald Trampa təqdim ediləcək. Ümumilikdə büdcəyə 738 milyard dollar ayrılması təklif edilir. Bunun 635 milyard dolları əsas xərclər, 71,5 milyard dolları təcili əməliyyatlar, 23,1 milyard dolları Enerji Nazirliyində aparılacaq müdafiə xərcləri və 8,1 milyard dolları isə müdafiə büdcəsindən kənar aparılacaq müdafiə xərcləri üçün nəzərdə tutulub.

Ankaranın Moskvadan S-400 raket müdafiə sistemlərinin alışını davam etdirdiyi əsas göstərilərək, F-35 qırıcılarının Türkiyəyə təslim edilməməsi də nəzərdə tutulur. Eyni zamanda Türkiyəyə sanksiya tətbiq edilməli olduğu da bildirilir.

Türkiyənin sifariş etdiyi F-35 qırıcılarının alımı üçün isə 440 milyon dollar vəsait ayrılması təklif edilir.

ABŞ-ın müdafiə büdcəsində Rusiya ilə bağlı da tədbirlər görülməsi nəzərdə tutulur. Belə ki, Rusiyanın "Şimal axını - 2" və "Türk axını" layihələrinin icrasında iştirak edən şirkətlərin sanksiya siyahısına salınması tələb olunur. Qanun layihəsinin qəbulundan sonra 60 gündə və sonrakı 90 gündə Xarici İşlər Nazirliyi Maliyyə Nazirliyi ilə məsləhətləşərək sözügedən layihələrin və ya bu layihələrin yerində inşa ediləcək digər layihələrin inşası üçün dəniz səviyyəsindən 100 fit və daha çox dərinliyə boru xətti döşəyən gəmilərin müəyyən edilməsi istiqamətində hesabat hazırlayaraq, müvafiq komitəyə təqdim edəcək.
 
Camal
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR